İdmanımızda dopinqlərlə mübarizə aparılırmı?

İdmanımızda dopinqlərlə mübarizə aparılırmı?

31-03-2016 12:50 / Bu xəbər 2469 dəfə oxundu

Dünyada əksər idman növlərinin korrupsiyaya uğraması artıq hamıya məlumdur. Dövlətlərin idmanda korrupsiyaya qarşı apardığı mübarizə bəzən yalnız görüntü xarakteri daşıyır. Müasir dünya idmanının korrupsiyadan başqa daha bir bəlası isə dopinqlərdir. 
 
 
Qeyd edək ki, Ümumdünya anti-dopinq təşkilatının hesabatına görə, dünyada dopinqdən ən çox Rusiya idmançıları tərəfindən istifadə olunur. Hələ ötən il təşkilatın Rusiyada apardığı yoxlamalar nəticəsində 1400-dən artıq qan nümunələrində dopinq aşkarlanmışdı. Ancaq sonradan bu nümunələrin Rusiya məxfi xidməti (FSB) tərəfindən məhv edildiyi deyildi.
 
 
İdmanda dopinqin ən çox yayıldığı sahə yüngül atletikada futbol, ağır atletikada isə ağırlıqqaldırmadır.siya İdman naziri Vitali Mutko WADA komissiyasının hesabatı ilə razılaşmır.
 
 
2013-cü ildə Albaniyada keçirilən qitə çempionatında medal qazanmış 5 idmançımıza dopinq ittihamı irəli sürülmüşdü. Sonradan bu ittihamların isbatlanması nəticəsində mükafatlardan məhrum olan idmançılarımız 4 ilədək diskvalifikasiya olundular. Ancaq cərimələr bununla yekunlaşmadı. Azərbaycan Ağır Atletika Federasiyası 500 min avroya kimi cərimələndi. Dünya idman ictimaiyyətində biabır olmuş AAAF-na kəsilən cərimə əlbəttə ki, dövlətin büdcəsindən ödənildi.
 
Ötən il isə Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı 400-dən çox idmançının meldoniy qəbul etməsi barədə xəbərlər yayılmışdı. Xəbəri dünyanın ən ciddi tibbi jurnalının (BJSM) tədqiqatına istinadən "Reuters” xəbər agentliyi yaymışdı.
 
 
O zaman aparılan tədqiqat tədqiqat zamanı məlum olmuşdu ki, yarışlarda iştirak edən 6 min idmançıdan meldoniy qəbul edənlər arasında 13 medalçı və yarışların əksər qalibləri var. Daha 66 nəfərdə isə həkimlər müsbət testlər aşkar etmişdilər. (ANS.tv)
 
Bir müddət öncə dünyanın ən məhşur tennisçilərindən olan Mariya Şarafova da dopinqdən istifadə etdiyinə görə idmandan ömürlük uzaqlaşdırıldı.
 
Önəmli bir məqamı qeyd edək ki, orqanizmi gücləndirən yarıtəbii preparat sayılan meldoniy preparatı bu ilin yanvar ayının birindən dünyada qadağan olunub. Bu vaxta qədər isə dünyanın bir çox dövlətlərində istifadəsinə üstünlük verilirdi.
 
 
Dopinq problemi ilə bağlı araşdırmalarımız zamanı daha bir maraqlı məlumat əldə etdik. Məlumata görə, dünyada, xüsusən də postsovet ölkələrində əksər idmançılar tərəfindən mütəmadi olaraq dopinqlərdən istifadə olunur. Bir çox hallarda isə bundan idman fedarasiyalarının xəbəri olur. Qeyd olunur ki, idmançılar dopinqlərdən xüsusi həkimlərin tövsiyə etdikləri reseptlər əsasında və müəyyən edilmiş dozalarda qəbul edilir. Hətta iddia olunur ki, fedarasiyalar dopinq məsələsində çox vaxt hüquqi təşkilatlarla "anlaşırlar”. Məlumata görə, bu ölkələrdə ən çox dopinq istifadə olunan sahə isə Ağırlıqqaldırma və Velosiped İdmanı federasıyalarındadır.
 
 
Bəs Azərbaycanda vəziyyət necədir?
 
 
Qeyd edək ki, respublikamızda da idmanın şəffaflığı, neqativ halların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Gənclər və İdman nazirliyinin nəzdində "Dopinqə qarşı mübarizə sektoru” fəaliyyət göstərir. Ölkə idmanının dopinq bəlasından necə qorunmağı və aparılan mübarizənin üsulları ilə bağlı Gənlər və İdman Nazirliyinə etdiyimiz zənglərə (465 62 76) (465 84 25)  iş günü olmasına baxmayaraq cavab verən olmadı.
 
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az