Hüquqşünaslar mitinq qərarı verdilər

Hüquqşünaslar mitinq qərarı verdilər

04-11-2017 02:43 / Bu xəbər 2642 dəfə oxundu

"Praktik hüquqşünasların işçi qrupu olaraq mitinq qərarı verdik". 

Bunu hüquqşünas Xalid Bağırov öz feysbuk statsunda bildirib. 

Məlumatı ToplumTv-yə təsdiqləyən hüquqşünas deyib ki, bütün hüquqşünaslar və hüququ pozulan hər kəs bu mitinqdə iştirak edəcək: "Hələ ki əlavə heç nə deyə bilmərəm. Bununla bağlı yaxın günlərdə ətraflı məlumat yayacağıq". 

Azərbaycan Milli Məclisi oktyabrın 31-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişikliklər müzakirəyə çıxarmış və səs çoxluğu ilə qanun qəbul edilmişdi. 

Layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.

Dəyişikliklər 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.