Hesablama Palatası sosial yardımla bağlı təklif verib

Hesablama Palatası sosial yardımla bağlı təklif verib

02-04-2019 21:26 / Bu xəbər 1378 dəfə oxundu

Təkliflərdə qeyd edilir ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

2015-ci ilin mart ayından Azərbaycanda sosial yardım 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsinə və "ələbaxımlılıq” psixologiyasının formalaşmasına şərait yaradır. Lakin yardım iki il müddətinə verildikdə maliyyə yardımının məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb olan hallar baş verə bilər. Bu da ödənişin dayandırılması və ya onun məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır.

Palata hesab edir ki, bütün bu hallar dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.

Trend.az