Fidel Kastronun oğlu intihar edib

Fidel Kastronun oğlu intihar edib

02-02-2018 15:44 / Bu xəbər 2660 dəfə oxundu

Kuba inqilabının lideri Fidel Kastronun oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart fevralın 1-də intihar edib. 

Dərin depressiyadan əziyyət çəkən 68 yaşlı oğul Kastronun son aylar bir müddət xəstəxanada yatdığı, sonra ev şəraitində müalicə olunduğu bildirilir.

Novator.az bildirir ki, Fidel Kastro Dias-Balart 1974-cü ildə Moskva Dövlət Universitetini bitirib, nüvə fizikası sahəsində çalışıb.

Dövlət Şurasının elmi məsələlər müşaviri, Elmlər Akademiyasının vitse-prezidenti idi, innovasiyalarla məşğul olurdu.

1959-cu il Kuba inqilabının lideri Fidel Kastro Rus 2016-cı ildə dünyasını dəyişib. Hazırda Kubaya onun qardaşı Raul Kastro rəhbərlik edir.