Festival Havalı İstanbul yolunuzu gözləyir (FOTOLAR)

Festival Havalı İstanbul yolunuzu gözləyir (FOTOLAR)

12-07-2017 10:28 / Bu xəbər 2205 dəfə oxundu

Təkcə Türkiyənin deyil, bütün dünyanın ən qədim və ən əsrarəngiz şəhəri, eyni zamanda da təkrarsız sənət və mədəniyyət mərkəzlərindən biri olan İstanbulda 2010-cu ildən bəri hər il düzənlənən İstanbul Shopping Fest(İSF) bu dəfə başqa bir coşquyla ziyarətşilərinə qucaq açdı. İlk dəfə olaraq festivalın açılışı dünyanın ən qədim alış-veriş məkanı sayılan məşhur Kapalı Çarşıda gerçəkləşdi. 

Mehtər marşının sədaları altında Nuruosmaniyyə qapısından çarşının mərkəzinə doğru yol alan festival korteji Osmanlı personajlarının al-əlvan geyimləri, İSF atributlarının rəngarəngliyi, musiqinin müşayəti və bütün bunlara qarışan turist heyranlığı ilə birləşərək möhtəşəm görüntü yaratmışdı. Tədbirin rəsmi hissəsində İstanbul valisi Vasip Şahin, bələdiyyə başqanı Kadir Topbaş və İstanbul Ticarət Odası başqanı İbrahim Çağlar çıxış edərək dünyanın hər bir yanından festivala qatılan qonaqları salamladılar. Daha sonra qədim Osmanlı geyimləriylə göz oxşayan 50-dən artıq sənətçi və rəqqas 556 illik tarixi olan Kapalı Çarşıdakı ilk alış-veriş adətlərini çanlandırdılar. Tədbirdə Azərbaycan, Fransa, İtaliya, Rusiya, Çin də daxil olmaqla 13 ölkədən 40-dan artıq media nümayəndəsi iştirak edirdi.

"Sən heç Kapalı Çarşıyı gördünmü” şüarıyla istanbulluların və turistlərin tarixi bazara dəvət edildiyi festival iyil ayının 16-a qədər davam edəcək və bu dövr ərzində çarşının çox bilinməyən guşələri yenidən kəşf olunacaq, zərgərlik, dərzilik, dülgərlik və başqa qədim sənət növlərinin nəsildən-nəsilə ötürülərək qorunan sirləri gənc sənətkarlarla bölüşüləcək. Festival boyu İstanbul Moda Akademiyasının sərgisi və tanınmış foto ustası Mustafa Sevənin "Kapalı Çarçı üzləri” fotosərgisi də ziyarətcilərə yüksək zövq yaşadacaq. Həmyerlimiz Məmməd Cəfərov da akkordeonda ifa etdiyi musiqilərlə tədbirə rəng qatacaq.

Festival çərçivəsində Kapalı Çarşıyla yanaşı İstanbulun dörd bir yanındakı 9 ən böyük alış-veriş mərkəzində qurulan "Design İSF” guşələri ziyarətçilərə yüksək dizayn və sənət nümunələri təqdim edir. Festivala qatılan alış-veriş mərkəzlərindəki xüsusi məkanlarda müasir türk rəssamlarının əsərləri sərgilənir, ən çox sevilən musiqiçilər öz çıxışları ilə qonaqlara unudulmayacaq bayram əhval-ruhiyyəsi yaşadır.

Bütün bu gözəlliklərdən zövq almaq və məşhur markaların 70 faizlik endirimlərindən yararlanmaq istəyirsinizsə, siz də İstanbula tələsin. İnanın, İstanbul çox sevinəcək ...