Ermənistanın yarımislahatçısı - Nikol Paşinyan

Ermənistanın yarımislahatçısı - Nikol Paşinyan

15-05-2018 17:54 / Bu xəbər 969 dəfə oxundu

Korrupsiyaya bulaşmayan, təcrübəsiz baş nazir

2018-ci ilin mayında Ermənistanda son etiraz hərəkatı tam uğurla başa çatdı. 

Ölkənin əvvəlki rəhbəri Serj Sarkisyan istefa verdi. Onu etiraz hərəkatının lideri Nikol Paşinyan əvəz etdi.

Çox güman ki, 1998-ci ildən ölkəni idarə edən Qarabağ klanı da öz mövqelərini təhvil verəcək. Yeni qüvvələr bölgüsü özünü saxlaya bilsə, bu hadisələrin fundamental nəticəsi o olacaq ki, əgər əvvəllər Ermənistanın taleyini Qarabağ erməniləri həll edirdisə, indi Ermənistan erməniləri həll edəcəklər.

Məlum olduğu kimi, qarabağlılar Azərbaycandan ayrılmaqdan başqa heç nə eşitmək istəmirlər, hətta bunun üçün ən dəhşətli əvəzlər ödəsələr belə. Ancaq Ermənistan vətəndaşlarının çoxu müharibənin perspektivsiz olduğunu başa düşür və öz övladlarının gələcək taleyi üçün narahatdır.

İndi də növbə ekspertlərindir: Nikol Paşinyan kimdir? Nə etmək fikrindədir? Nələri edə biləcək? Bu sualların cavablarını axtarıb tapmaqla məşğuldurlar.

Qeyd olunduğu kimi, N.Paşinyan

- uzun illərdir ki, hakimiyyətlə mübarizə aparır, korrupsiyaya bulaşmayıb;

- Qərb tərəfdarıdır;

- siyasətdə təcrübəsizdir və heç bir inzibati təcrübəsi yoxdur;

- populizmdən, hətta şovinizmdən uzaq deyil

Ancaq gəlin, Paşinyanın yuxarıda sadalanan xüsusiyyətlərini və ictimaiyyətə açıqladığı hədəfləri nəzərdən keçirək.

Nikol Paşinyan korrupsiyaya uğramış deyil, amma təcrübəsizdir. Hansı variantın daha yaxşı olduğu hələ sübuta yetirilməyib.

Parlamentdə öz təyinatından öncəki çıxışında bildirib ki, bundan sonra seçkilər, insan hüquqları, məhkəmələr, biznesə münasibət - hər şey vicdanla olacaq!

O, heç kimdən intiqam almağa hazırlaşmır. Ölkənin yeni hökuməti milli barış hökuməti olacaq.

Rusiya ilə əlaqələri kəsmək niyyətində deyil. "Əgər xalq bunu istəyirsə.." (bu sözlərə diqqət yetirmək lazımdır - guya özü o qədər də istəmir, ancaq madam ki, xalq istəyir, nə etmək olar), Ermənistan bundan sonra KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalacaq. Ancaq bu üzvlüyü səmərəli etmək lazımdır. Eyni zamanda ABŞ və Aİ ilə əməkdaşlığı inkişaf etdirmək lazımdır (müşahidəçilər bildirirlər ki, Paşinyan fransız diasporuna meyllənir).

Qısası, hər şey düzgün və yeni formada olacaq, təkcə Qarabağ əvvəlki kimi qalacaq!

"Qarabağın müstəqilliyinin dünya səviyyəsində tanınmasına, sonra isə Ermənistanla birləşdirilməsinə nail olmaq lazımdır". "Bundan ötrü Azərbaycanın daha böyük şəhərini tutmaq lazımdır ki, onu yola gətirmək mümkün olsun".

"Bizim əsgərləri yaxşı yedirtmək lazımdır", başqa sözlə desək, hərbi xərcləri artırmaq lazımdır".

"1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını tələb etməyə davam etmək lazımdır".

Paşinyan "Arsax respublikası və diaspor ilə birlikdə yeni Ermənistan quracaq".

Bu məqsədlərin reallaşması mümkündürmü? Xarici siyasət üzrə eyni kursu yürütməklə ölkənin daxili işləri ilə bağlı islahatlar aparmaq olarmı? Ekspertlərin çoxu bunun mümkün olmadığını bildirir.

Paşinyanı yarımislahatçı adlandırmaq daha düzgün olardı. Əgər Paşinyanın Ermənistanı Azərbaycanla savaşa davam edəcəksə və buna görə ona Rusiyanın köməyi lazım olacaqsa əvvəl olduğu kimi, bu, ona öz müstəqilliyi və inkişafı bahasına başa gələcək.

Bundan əlavə, Paşinyan öz siyasi fəaliyyətinin başlanğıcında Rusiya ilə əlaqələrə yenidən baxılmasının və Qərblə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini bildirib. Ancaq Paşinyana kütəvi dəstək verən erməni ictimaiyyəti bunu istəmir. İctimaiyyət Qarabağ uğrunda savaşmağa davam etmək istəyir.

Və Paşinyan geri çəkilməli olacaq: "Əgər xalq bunu istəyirsə...", - Paşinyan bəyan edir, "biz Rusiyanın rəhbərlik etdiyi hərbi və gömrük ittifaqının üzvü olaraq qalacağıq və beləliklə, Qarabağ müharibəsində Moskvanın dəstəyindən istifadə edəcəyik...

Bu məqamda biz yenidən Köhnə Ermənistanı görürük - öz müstəsnalığı, ətrafdakıların düşmən, özünün günahsız olması, tarix boyunca haqq etmədiyi bədbəxtliyə düçar olması haqda miflərlə yaşayan ölkəni görürük.

Demək olar ki, Nikol Paşinyan Köhnə Ermənistanın möcüzəyə olan son ümididir.

Çox güman ki, onun bəyan etdiyi kurs reallıqla toqquşaraq uğursuzluğa düçar olacaq. Ola bilsin ki, ancaq bundan sonra erməni ictimaiyyəti, nəhayət, mifdən əl çəkəcək və biz o zaman Yeni Ermənistanı görəcəyik.

Turan Analitik Xidməti