Ərdoğan: "Mübarizəni sona qədər davam etdirəcəyik"

Ərdoğan:

18-04-2019 14:51 / Bu xəbər 1274 dəfə oxundu

"Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Memur-Sen” təşkilatının toplantısında İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticəsinə işarə edərkən deyib.

"Mərkəzi Seçki Komissiyası nöqtə qoyandan sonra bu iş başa çatacaq. Həqiqət uğrunda mübarizəmizdən niyə narahatsınız?”, - o vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlib.