Ərdoğan and içdi

Ərdoğan and içdi

09-07-2018 19:20 / Bu xəbər 608 dəfə oxundu

Bu gün iyunun 24-də keçirilən növbədənkənar prezident seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, andiçmə mərasimi Türkiyə Böyük Milli Məclisində təşkil olunub. 

Bununla da Türkiyə rəsmən parlament idarə üsulundan prezident üsul-idarəsinə keçib.

Türkiyə Böyük Milli Məclisində keçirilən andiçmə mərasimindən sonra prezident iqamətgahında da təntənəli mərasim olacaq. Mərasimdə 22 dövlət və hökumət başçısı, 28 baş nazir və parlament sədri ilə 6 beynəlxalq təşkilatın baş katiblərinin iştirakı gözlənilir. R.T.Ərdoğan bu mərasimdə yeni hökumətin tərkibini açıqlayacaq.

R. T. Ərdoğan prezident seçkilərində 26 milyon 330 min 823 səslə qələbə qazanıb.