Elxan Şahinoğlu: “Türkiyənin qərarı obyektivdir”

Elxan Şahinoğlu: “Türkiyənin qərarı obyektivdir”

24-08-2016 14:17 / Bu xəbər 3919 dəfə oxundu

"Türkiyə qoşunlarının  dünən axşamdan Suriyaya müdaxilə etməsi obyektv bir qərardır”.

Bunu Arqument.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə ordusunun Suriya ərazisindəki hərbi əməliyyatlarını şərh edərkən deyib.

Politolqun fikrincə,Türkiyənin Suriyaya müdaxiləsi gözlənilən idi: "Əslində, bu gözlənilən bir hadisə idi, çünki Suriyadan ciddi təhlükə gələ bilərdi. Orada  fəaliyyət göstərən İŞİD  və silahlı kürd birləşmələri Türkiyədə ard-arda terror aksiyaları törədib. İkincisi də,  Türkiyədən başqa digər böyük dövlətlərin də orada hərbi varlığı var: İran, Rusiya ABŞ. Halbuki ən böyük təhlükə Türkiyə üçündür.  Ona görə Türkiyə qoşunlarının  dünən axşamdan  Suriyaya müdaxilə etməsi obyektv və düzgün bir qərardır”. 

E. Şahinoğlu bildirib ki, Türkiyə bu ərzilərdə  hərbi əməliyyatlar keçirsə də, Suriyanın ərazi bütövlüyünü tanıyır: "Türkiyə regionda əsas oyunçulardan biri olduğunu göstərir və bununla həm də mesaj göndərir ki, Suriyanın  ərazi bütövlüyünün tərəfdarıdır. Bu, əslində, hamını - həm Amerika, həm İran, həm də Rusiyanı qane edir. Bununla yanaşı, yola getmədikləri Əsədin də maraqlarına cavab verirlər. Əsədin əsas böyük təhlükəsi terrordur. Türkiyə də məhz terrorla mübarizə üçün əraziyə müdaxilə edir”.

Qeyd edək ki, bu səhər saat 04:00-da Türkiyə Silahlı Qüvvələri Cerablusun İŞİD-dən azad edilməsi üçün "Fərat qalxanı” adlı geniş miqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatlar çərçivəsində ağır artilleriya və hərbi qüvvələr Suriya ərzisinə yeridilib.

Gülzar Məmmədli
Arqument.Az