Elnur Asdan 3Q təqdimat - "Qələm, qadın, qədəh"

Elnur Asdan 3Q təqdimat  -

30-05-2016 11:09 / Bu xəbər 3139 dəfə oxundu

Xəbər verdiyimiz kimi, yazıçı, publisist Elnur ASın "Qələm, qadın, qədəh" adlı kitabı kitabı çapdan çıxıb. 

Arqument.Az-ın verdiyi xəbərə görə, bazar günü "Kitabevim" mağazasında  kitabın imza günü keçirilib. 

İmza günündə yazarın həmkarları  və oxucular iştirak edib, qısa müzakirələr aparıblar.

Qeyd edək ki, kitabda müəllifin Azərbaycan tarixinin ən maraqlı çağlarından olan 1900-cü illər haqda tarixi etüdlər silsiləsi ilə fərqli zamanlarda həyat və ədəbiyyat üzərinə şəxsi qeydləri əsasında yazdığı, maraqlı fikir və faktlara söykənən "3 "Q"" (qələm,qadın, qədəh) düşüncələr silsiləsi toplanıb.

Kitabı şəhərin kitab mağazalarından əldə etmək mümkündür.

Alokitab.az - online kitab satışı şəbəkəsi vasitəsi ilə ölkənin istənilən ünvanına sifariş vermək olar.

Arqument.Az