Əlikram Xurşidovun məhkəməsi başlayır

Əlikram Xurşidovun məhkəməsi başlayır

19-01-2018 16:26 / Bu xəbər 2902 dəfə oxundu

Yanvarın 24 də saat 10:45-də Şirvan Rayon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, bu gün Şirvan Apelyasiya Məhkəməsində Əlikram Xurşidovla bağlı başqa bir proses baş tutub. 

Apelyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin Əlikram Xurşidovun ev dustaqlığına buraxılmasından imtina edilməsi barədə qərarını qüvvədə saxlayıb.

2017-ci ilin noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. 

Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan "xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

 Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.