"Eldar Əzizov dağıntıları durdurmalı, ya da istefaya getməlidir" - Arif Hacılı

25-04-2019 13:41 / Bu xəbər 1332 dəfə oxundu

"Notr-Dam Paris üçün nədirsə Qız Qalası, İçərişəhər də Bakı üçün odur. Notr-Dam kilsəsinin bərpası üçün könüllülər artıq 1.mld. 200 mln. evro vəsait toplayıb. Bakıda isə hakim zümrə öz restoran biznesini genişləndirmək məqsədi ilə İçərişəhəri bərbad vəziyyətə salır". 

Bunu Müsavat başqanı Arif Hacılı feysbukda yazıb.

"İçərişəhər də Bakı da, bütün Azərbaycan da heç kəsin ata mülkü deyil. Azərbaycan hamımızındır. Mən də bilirəm, hər kəs də bilir ki, indi İçərişəhərdə belə tikintiyə icazə vermək Eldar Əzizov səviyyəsində olan məsələ deyil. Amma, istənilən halda buna görə əsas məsuliyyət daşıyan vəzifəli şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. İlk növbədə Eldar Əzizov bütün ölkədə böyük əks-səda doğurmuş və narazılıqla qarşılanmış bu hadisə ilə bağlı xalq qarşısında hesabat verməli, dağıntıları dərhal durdurmalı, ya da istefaya getməlidir", - o bildirib.