Əkrəm İmamoğlunun İstanbul bələdiyyə sədri olması təsdiqləndi

Əkrəm İmamoğlunun İstanbul bələdiyyə sədri olması təsdiqləndi

17-04-2019 18:23 / Bu xəbər 1543 dəfə oxundu

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.

Türkiyənin NTV telekanalında bildirilir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirib. 

Ə.İmamoğlu vəsiqənin təqdim olunması üçün seçki komissiyasına dəvət olunub. 

Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək. 

Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirilib.