Deputatın kitabında qrammatik və üslub səhvləri aşkarlandı - FOTO

Deputatın kitabında qrammatik və üslub səhvləri aşkarlandı - FOTO

16-10-2018 11:01 / Bu xəbər 286 dəfə oxundu

Millət vəkili Hüseynbala Mirələmovun kitabındakı səhvlər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

A24.Az xəbər verir ki, tanınmış yazıçının "Axirətdən gələn zəng” kitabındakı eyniadlı pyesdə xeyli sayda səhv var.

Üslub, təhkiyə baxımdan primitivliyi ilə diqqət çəkən cümlələr sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Belə ki, kitabda küli miqdarda orfoqrafik səhvlərlə yanaşı, Azərbaycan dilində olmayan sözlərdən istifadə olunub. Paylaşılan səhifələrdə ədəbi dilə uyğun olmayan primitiv dialoqlar var.

Bir səhifədə 12 orfoqrafik səhvə yol verilib və lüğətimizdə olmayan xeyli sözdən ("Xoşbaxt”, "kayb”, "tok”, "stipendiya” – nəzərə alaq ki, bu sözlərin hər birinin dilimizdə işlək qarşılığı var) istifadə edilib.

Məsələn, cümlələrin daxilində istifadə olunan "dedilər”, "bəs”, "olsa da” və s. kimi ifadələrdən sonra zəruri olduğu halda vergül işarəsi qoyulmayıb.

Mətnin əksər hissəsi püxtələşmiş yazıçıya yaraşmayan "Hələ dünən elə bu vaxtı burda mən sizinlə söhbət edəndə dul qadındım” kimi sintaktik cəhətdən uğursuz cümlələrdən ibarətdir.