Deputatın oğlu gömrükdən çıxarıldı

Deputatın oğlu gömrükdən çıxarıldı

06-11-2018 17:34 / Bu xəbər 889 dəfə oxundu

Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.

"Qafqazinfo” məlumat verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.

Bildirilir ki, İ. Ələkbərova qədər bu posta general-mayor Vurğun Süleymanov rəhbərlik edirdi.

Vurğun Süleymanov 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanovun oğludur.