Dəm qazı Sumqayıtda 6 can aldı

Dəm qazı Sumqayıtda 6 can aldı

05-03-2018 13:07 / Bu xəbər 7011 dəfə oxundu

Sumqayıt şəhərində bir ailənin 6 üzvü dəm qazından boğularaq ölüb.

Bu haqda Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumatı Səhiyyə Nazirliyindən də təsdiqləyiblər.

Prokurorluqdan bildirilir ki, hadisənin səbəbləri araşdırılır. 

Eləcə də faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

APA dəm qazından boğulanların Sumqayıt şəhərində yaşayan Rafiq Hüseynov, Yeganə Hüseynova, Sara Hüseynova, Fərid Abbasov, Zemfira Abbasova və Yeganə Abbasovanın olduqlarını xəbər verir.