Daha bir “Panama papers” qalmaqalı - FİFA prezidentinin həbs təhlükəsi var

Daha bir “Panama papers” qalmaqalı - FİFA prezidentinin həbs təhlükəsi var

06-04-2016 23:49 / Bu xəbər 2074 dəfə oxundu

İsveçrə polisi UEFA-nın Syon şəhərindəki mənzil-qərargahında axtarış aparıb.

Buna səbəb UEFA-nın keçmiş baş katibi, hazırda isə FİFA prezidenti olan Canni İnfantinonun adının dünya səviyyəli maliyyə maxinasiyasında – "Panama papers”də (Panama vərəqləri) hallanmasıdır.

İnfantinonu Çempionlar Liqası yayım haqqlarını qeyri-leqal yollarla Panama şirkətinə satmaqda günahlandırırlar.

Qeyd edək ki, FİFA prezidenti bu iddiaları qətiyyətlə təkzib edib. (apasport.az)

Arqument.Az