Daha bir AXCP üzvü inzibati həbs edilib

Daha bir AXCP üzvü inzibati həbs edilib

22-02-2019 17:03 / Bu xəbər 1288 dəfə oxundu

Gənc polisə tabe olmamaqda ittiham edilib

AXCP Yasamal Gənclər Komitəsinin sədri Məhərrəm Rzaya 15 sutka həbs verilib.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yaylb.

Fevralın 21-də "Laçın” Ticarət Mərkəzindən aparıldığı deyilən Məhərrəm Rza İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsilə ittiham olunub.

Bildirilir ki, hazırda AXCP-nin 15-dən çox fəalı inzibati qaydada həbsdədirlər.

Meydan.tv