"British Airways" və "Air France" İrana uçuşları dayandırır

24-08-2018 14:26 / Bu xəbər 4923 dəfə oxundu

Britaniyanın "British Airways" və Fransanın "Air France"-ə bağlı "Joon" aviaşirkəti gələn aydan etibarən İrana uçuşları dayandırır.

Toplum.tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətlər "İrana səfərlərin kommersiya cəhətdən faydalı olmadığını" səbəb göstərib. British Airways"in Londondan İrana son səfəri 22 Sentyabrda, Joon-un isə 18 Sentyabrda reallaşacaq. British Airways-dən verilən açıqlamada, İrana səfər etməyi planlaşdıran müştərilərdən üzr istənilib və onların pulunun geri qaytarılacağı bildirilib.

ABŞ prezidenti Donald Trampın May ayında İranın nüvə müqaviləsindən çəkilməsinə dair qərarından sonra, bu ay Tehrana qarşı bəzi sanksiyalar tətbiq olundu. Bundan sonra Fransa energetika brendi "Total” və Almaniyanın "Allianz" sığorta şirkəti də daxil olmaqla bir sıra qərb şirkətləri İrandakı layihələrindən imtina ediblər.

İran pulunun dollara qarşı dəyərdən düşməsi nəticəsində iranlılar üçün hava yolları ilə səyahət etmək getdikcə baha başa gəlir. ABŞ-ın nüvə anlaşmasından imtina etməsi də əsas amillərdən biridir. Hollandiyanın KLM havayolu şirkəti də ötən ay sentyabr ayından etibarən Tehrana uçuşlarını təxirə salacaqlarını açıqlamışdı.