Bir deputatın göz qamaşdıran oteli və başqa mülkləri - FOTOLAR

Bir deputatın göz qamaşdıran oteli və başqa mülkləri - FOTOLAR

07-04-2019 16:46 / Bu xəbər 1541 dəfə oxundu

Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb. 

O bildirib ki, deputata məxsus 18 mərtəbəli "MARİNE PLAZA" oteli Bakının mərkəzində, Zərifə Əliyeva küçəsində yerləşir.

"Elə də böyük gəlməsin, aysberqin görünməyən hissəsi Rusiyadadır", - deyə jurnalist yazıb. 

Onun sözlərinə görə, Ə.Qasımovun biznes və mülkləri isə bununla bitmir: ""Karat Holdinq” (tərkibinə "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC; "Azinvest” tikinti şirkəti; "Everest-M” daxildir), Hökməlidə makaron və kisə fabriki; 

"ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); 

"Gəncə Fatoğlu” (un dəyirmanı); 

Bakının Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; 

Səməd Vurğun küçəsində "Ağ saray” binası; 

Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; 

İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; 

Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; 

Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” də deputata məxsusdur".

Deputat yayılan məlumatla bağlı heç bir açıqlama verməyib.