Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

11-04-2019 13:51 / Bu xəbər 949 dəfə oxundu

R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Ümumilikdə Bakı şəhəri ərazisində 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri həyata keçiriləcək.