Belçikada tennis oyunlarında manipulyasiyaya görə beş erməni saxlanılıb

Belçikada tennis oyunlarında manipulyasiyaya görə beş erməni saxlanılıb

07-06-2018 15:49 / Bu xəbər 2292 dəfə oxundu

Onlara qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamı irəli sürülüb

Belçikada tennis oyunlarının nəticələrinin manipulyasiyasında ixtisaslaşan cinayətkar qrupunun işinin araşdırılması çərçivəsində beş erməni saxlanılıb.

Bu barədə Belçika Federal Prokurorluğu məlumat yayıb.

Saxlanılanlara qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Ümumilikdə 13 nəfər saxlanılsa da, sorğu-sualdan sonra onlardan səkkizi sərbəst buraxılıb.

Bununla belə saxlanılanların hansı ölkənin vətəndaşı olduqları açıqlanmır.

Əməliyyat nəticəsində 250 min avroya yaxın pul tapılıb. Prokurorluq puldan başqa çoxsaylı sənəd və sübutların tapıldığını bəyan edib.

Yerli mətbuatın "belçika-erməni” qruplaşması adlandırdığı təşkilat əvvəlcədən nəticəsini bildikləri oyunlardan pul qazanmaqla məşğul olub.

Cinayət işi çərçivəsində Şərqi Flandriya və Brüsselin 21 məhəlləsində axtarışlar aparılıb.

Belçika hüquq-mühafiuzə orqanlarının sorğusu əsasında, Bolqarıstan, Almaniya, Niderland, Slovakiya, ABŞ və Fransada da axtarışlar aparılıb.///Meydan.tv