“Belə çıxır ki, xaricdən 3 tuman gətirsəm, gömrük birini müsadirə edəcək”

“Belə çıxır ki, xaricdən 3 tuman gətirsəm, gömrük birini müsadirə edəcək”

07-02-2019 15:23 / Bu xəbər 2031 dəfə oxundu

İqtisadçı ekspert: "Öz adıma deyirəm ki, belə bir şey olsa, alt paltarımı indidən onlara halal edirəm, yəqin, imkanları yoxdur…”

İqtisadçı Natiq Cəfərli Gömrük Komitəsinin ölkəyə şəxsi istifadə üçün eyni maldan ikidən artığının gətirilməsinə qoyulan qadağa və bunun kommersiya fəaliyyəti hesab olunaraq rüsuma cəlb ediləcəyi ilə bağlı məlumata maraqlı reaksiya verib.

Arqument.Az iqtisadçının fikirlərini təqdim edir: "Gömrük Komitəsi açıqlama verib ki, xaricdən eyni maldan 3 ədəd gətirən olsa, onun biri müsadirə olunacaq. Səbəb kimi də deyirlər ki, 3-cü mal satış, kommersiya üçün ola bilər. Mən tez-tez xarici səfərlərdə oluram, geyimlərimi, hətta alt paltırımı, corablarımı da həmişə xaricdən alıram.

Belə çıxır ki, mən 3 tuman, ya 3 corab alıb gətirsəm Gömrük onun birini müsadirə edəcək. Öz adıma deyirəm ki, belə bir şey olsa, alt paltarımı indidən onlara halal edirəm, yəqin, imkanları yoxdur..."

"Mən anlayıram nə istədiklərini, yəni 3 TV, 3 mobil telefon zad gətirməyin demək istəyirlər, amma açıqlamanı elə bərbad dildə veriblər ki, adamı gic gülmək tutur”, - Cəfərli deyib.