Baş redaktor aclığı davam etdirir

Baş redaktor aclığı davam etdirir

28-01-2019 13:25 / Bu xəbər 1546 dəfə oxundu

Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun saxlandığı təcridxanada aclıq aksiyasını davam etdirdiyi bildirilir.

İkram Rəhimovun ailə üzvləri "Turan”a bildiriblər ki, baş redaktor ona qarşı sürülən ittihamlara etiraz olaraq yanvarın 21-dən aclıq edir.

Onların dediyinə görə, İkram Rəhimov ittihamı irəli sürmüş Dövlət Təhlükəsizlik Xidmətini də aksiya barədə məlumatlandırıb.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. 

O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur. 

Baş redaktor ittihamları rədd edir.