Bakıya yeni mer təyin edildi
15-11-2018 13:55 / Bu xəbər 1661 dəfə oxundu
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu postu daha əvvəl Hacıbala Abutalıbov tuturdu.
AZƏRTAC