Bakıda sahibsiz küçə heyvanlarına aid fotosərgi keçirilib - FOTOLAR

Bakıda sahibsiz küçə heyvanlarına aid fotosərgi keçirilib - FOTOLAR

16-10-2018 12:07 / Bu xəbər 1333 dəfə oxundu

"İnkişaf Zamanı" (Time For Development) proqramı çərçivəsində "Real Əfsanələr" layihəsi fotosərgi keçirib. 

Fotosərgi oktyabrın 14-də Caharşah Yaradıcılıq Mərkəzində baş tutub. 

Layihənin koordinatoru Rəna Cəfərzadə bildirib ki, sərgiyə çox sayda insan gəlib: "Sərgiyə gələn insanlar sahibsiz küçə heyvanlarına aid fotolar, yazıçıların bu sərgi üçün yazdıqları sahibsiz küçə heyvanlardan bəhs edən hekaylərlə və 6 oktyabrda baş tutan seminarımızda iştirak edən şəxslərin heyvanların dilindən insanlara yazdıqları məktublarla tanış olublar".

Sərgini Rəna Cəfərzadə, Orxan Abbas və Şəbnəm Hüseyn təşkil edib.