Bakıda "Qarabağ" mitinqi olacaq

Bakıda

26-09-2018 17:04 / Bu xəbər 2197 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə komitənin üzvü Əvəz Zeynallı məlumat yayıb. 

Mitinqin sentyabrın 29-da "Qarabağa azadlıq!”, "Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə Bakıda, İnşaatçılar metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda  keçirilməsi nəzərdə tutulur.

Mitinqin keçirilməsi ilə bağlı sentyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.

Komitə məqsədinin Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılması olduğunu bəyan edib. Bunun üçün mütəmadi mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi planlaşdırdığını bildirir.

Toplum Tv