Bakıda çiskin, Naxçıvanda yağış gözlənir
23-10-2018 17:34 / Bu xəbər 1328 dəfə oxundu
Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti gözlənir.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təxmin edilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənir.
Bu da meteohəssas insanlardan ötrü əsasən əlverişsiz sayılır.