Bakıda 16 mərtəbəli binada yanğın baş verib - YENİLƏNİB

Bakıda 16 mərtəbəli binada yanğın baş verib - YENİLƏNİB

11-11-2017 02:23 / Bu xəbər 2496 dəfə oxundu

Bakıda yaşayış binasında yanğın söndürülüb.
 
APA-nın xəbərinə görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
 
Faktla bağlı araşdırmalara başlanılıb.
 
*  *  * 
Bakının Binəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.

Onlara hadisə yerində tibbi yardım göstərilib. Bir azyaşlı uşaq isə Toksikologiya şöbəsinə aparılıb.

Hadisə 16 mərtəbəli binanın birinci blokunda qeydə alınıb. Elektrik qəfəsinin yanması nəticəsində tüstülənmə baş verib. 

Bu səbəbdən birinci blokda olan mənzillərin sakinləri təxliyyə edilib. 
 
* * * 

Bakının Binəqədi rayonunda yanğın baş verib.

"Report” xəbər verir ki, 7-ci mikrorayon ərazisində yerləşən F.Məlikov küçəsindəki 16 mərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. 

Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. 

Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir.