Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzi Əbülfəz Məlikova verilib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzi Əbülfəz Məlikova verilib

07-04-2019 18:31 / Bu xəbər 1403 dəfə oxundu

Mətbuatda adı gömrük monopolisti kimi hallanan "Transbroker” ASC-nin sahibi Əbülfəz Məlikova vəzifə verilib.

Bu barədə Bizimxeber.az məlumat yayıb. 

Saytın yazdığına görə, Əbülfəz Məlikov Abşeron Loqistika Mərkəzində baş direktor vəzifəsində təyin edilib, amma bu təyinatla bağlı rəsmi açıqlama verilməyib.

Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzi də Məlikova həvalə olunub. 

"Ola bilsin ki, əksəriyyət bu limanın və məhz Loqistika Mərkəzinin nə qədər ciddi və ya hansı statusda olduğunu o qədər də anlamır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzinin Əbülfəz Məlikov kimi reputasiyası kirli olan bir şəxsə verilməsi gələcəkdə bu limanın fəaliyyətini sual altında qoymurmu?. Əcəba, bu postu gömrük monopolstinə kim həvalə edib? Bilirsiniz söhbət nədən gedir? Söhbət hansısa adi gömrük məntəqəsindən getmir, müasir dünyanın qəbul etdiyi standartlara cavab verən azad ticarət zonasından gedir", - məlumatda deyilir.

Məlumatda deyilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad ticarət zonası tipli xüsusi iqtisadi zonadır: "Dövlət başçısı İlham Əliyev çalışır ki, Azərbaycanda da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı logistik mərkəzə, "ticarət cənnəti”nə çevrilsin. Amma Əbülfəz Məlikovlamı? Ölkədə Əbülfəz Məlikovdan başqa bu sahəni bilən kimsə yoxdurmu? Bu işləri Məlikova verməklə kimlər nəyə nail olmaq istəyirlər? Məlikovun bu limandakı fəaliyyətindən limanı "ticarət cənnəti”nə çevirmək istəyən şəxslərin xəbəri varmı?".

Qeyd edək ki, "Transbroker” ASC 2006-cı ildə gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatarın həyata keçirilməsindən və gömrük prosedurlarını həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.