Azərbaycanlı rejissor xristian dəyərləri haqqında film çəkdi — VİDEO

Azərbaycanlı rejissor xristian dəyərləri haqqında film çəkdi — VİDEO

21-04-2016 15:18 / Bu xəbər 2298 dəfə oxundu

Tanınmış əzərbaycanlı rejissor, hazırda "Mosfilm"də çalışan Nadir Maçanov xristian dəyərləri haqqında maraqlı film çəkib.

Ölkə.Az xəbər verir ki, "İman, Ümid, Məhəbbət" adlanan filmin treyleri artıq hazırdır.

Film Rusiyadakı qadın monastırında və Ukraynadakı qadın həbsxanasında çəkilib. Filmə adı verilmiş üç əsas dini pravoslav dəyərindən söhbət gedir.

Rejissorun verdiyi məlumata görə, yaxınlarda bu ekran əsərinin geniş təqdimat mərasimi keçiriləcək.