Azərbaycanda 5 bal gücündə zəlzələ oldu

Azərbaycanda 5 bal gücündə zəlzələ oldu

11-05-2017 12:58 / Bu xəbər 1942 dəfə oxundu

Bu gün ( 11 may ) səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.

Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.

Episentrdə zəlzələ 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələnin eyni zamanda Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad və Füzuli rayonunda da hiss olunduğu bildirilir.

Dağıntı və tələfat haqqında məlumat verilmir.