Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi məhsul alıb
03-09-2018 11:59 / Bu xəbər 1624 dəfə oxundu
İlham Əliyev: "Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir”
Azərbaycan Rusiyadan 5 milyard dollardan çox dəyəri olan hərbi-texniki təyinatlı məhsul alıb.
TASS-ın məlumatına görə, sentyabrın 1-də prezident İlham Əliyev bu barədə danışıb.
Rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının yekunları haqda məlumat verən prezident deyib ki, hərbi-texniki sahədə gələcək əməkdaşlıq məsələsini müzakirə ediblər:
"Bu əməkdaşlığın artıq böyük ənənələri var. Azərbaycanın Rusiyadan aldığı hərbi-texniki təyinatlı məhsul 5 mlrd. dollardan artıqdır və artış təmayülünə malikdir. Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarlara tədarükçüsüdür", - Azərbaycan prezidenti qeyd edib.