Azərbaycan Milli Platformasının üzvləri bəyanat yayıb

Azərbaycan Milli Platformasının üzvləri bəyanat yayıb

25-11-2018 00:11 / Bu xəbər 1815 dəfə oxundu

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Azərbaycan Milli Platformasının üzvləri Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq 10 illik forumla bağlı bəyanat yayıb. 

Bəyanatda Milli Platforma üzvləri Azərbaycan mediasında da geniş müzakirələrə səbəb olan forum barədə bir neçə məqama aydınlıq gətirib.

Bildirilib ki, Azərbaycan Milli Platformasının üzvləri, bütün Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətlərində demokratiyanın, qanunun aliliyinin və davamlı inkişafın möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirir.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh gündəliyini inkişaf etdirməyə kömək edən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirməkdə qurumun müsbət rolunu qəbul edirik; lakin ərazi bütövlüyünün vacibliyi məsələsi Avropa İttifaqına daxil olan bütün ölkələr tərəfindən dəstəklənmir.

Bu mövqe, 24 noyabr, 2017-ci il Belçikanın Bressel şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində vurğulanıb: "Avropa İttifaqı bütün tərəfdaşlarının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəkçi olmaqda qərarlıdır"- bəyanatda vurğulanıb.

Platforma üzvləri həmçinin, Azərbaycanın hökumət nümayəndələrinin dəvətçilər siyahısında olmamasından narahat olduqlarını bəyan ediblər: "Forumda Azərbaycan hökumətinin nümayəndələrinin fəal iştirakını görmək istəyirik, Gürcüstan hökumətini və Aİ-nı forumun dəvətnamələrini tezliklə göndərməyə çağırırıq". 

Platforma üzvləri qurum tərəfindən Dağlıq Qarabağ məsələsinə yetərincə diqqət ayrılmamasından şikayətləniblər: "Milli Platformanın üzvləri qurumun işini təqdir edir, eyni zamanda hesab edir ki, Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamamlayıcı hekayələr hazırladıqlarına diqqət yetirilməlidir, çünki, bu, ölkə üçün həssas məsələdir. 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı layihənin diqqətdən qaçması Aİ ŞTVC-nın geniş azərbaycanlı kütləsinin nəzərindəki nüfuzuna zərər verir.

Xatırladaq ki, qurumun əsas məqsədi xalqların maraqlarına uyğun olaraq Şərq Tərəfdaşlığına Üzv ölkələrin Mülki Cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və anlaşma qurmaqdır".

Noyabrın 23-də "Vitualaz.org" saytı Brüsseldəki diplomatik mənbələr istindən məlumat yayıb ki, Azərbaycan hökuməti 10-12 dekabrda Tbilisidə keçiriləcək Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisinə dəvət almayıb.

Xəbərdə deyilir ki, Avropa İttifaqı Azərbaycan hökumətinə dəvət göndərməyib. Qərara alınıb ki, rəsmi Bakının iştirakı Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi formatında məhdudlaşdırılsın. Bundan başqa, Azərbaycan diplomatı iclasda müşahidəçi statusunda iştirak edəcək.

Toplum Tv