Azərbaycan ən hərbiləşmiş ölkələr arasında

Azərbaycan ən hərbiləşmiş ölkələr arasında

04-12-2018 16:24 / Bu xəbər 1119 dəfə oxundu

Bonn Beynəlxalq Konversiya İnstitutu (Almaniya) qlobal hərbiləşmə indeksi açıqlayıb. 

İndeks dövlətin hərbi xərclərinin ümumi xərclərə nisbəti meyarına əsaslanır. 

Novator.az-ın məlumatına görə, ən hərbiləşmiş ölkə İsraildir.

Sinqapur ikinci, Ermənistan üçüncüdür.

İlk onluqda Kipr, Cənubi Koreya, Rusiya, Yunanıstan, İordaniya, Bruney və Belarus da yer alır.

Azərbaycan 155 ölkə arasında 12-ci pillədə qərar tutur.

Ukrayna 14-cü, Türkiyə 20-ci, İran 22-ci, Estoniya 25-ci, Litva 32-ci, Gürcüstan 52-ci, Qırğızıstan 62-ci, Moldova 65-ci, Latviya 79-cu, Qazaxıstan 85-ci, Tacikistan 126-cı yerdədir.

Novator.az