Avropa Birliyindən Maduroya xəbərdarlıq

Avropa Birliyindən Maduroya xəbərdarlıq

26-01-2019 15:49 / Bu xəbər 1716 dəfə oxundu

Almaniya və digər Avropa Birliyi ölkələri bildiriblər ki, əgər yaxın vaxtlarda Venesuelada yeni prezident seçkisi təyin edilməsə, ABŞ-ın ardınca müxalifət lidri Juan Guaidonu legitim prezident kimi tanımağa hazırdırlar.

Almaniya hökimətinin nümayəndəsi Shteffan Zaybert bildirib ki, ötən il keçirilən seçkilər azad və ədalətli hesab olunmadığından, Berlin hazırkı prezident Nicolas Maduronu legitim hesab edə bilməz.

İspaniyanın xarici işlər nazirliyi də oxşar bəyanatla çıxış edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogherini də bundan əvvəl Venesuelada azad və ədalətli seçki keçirməyə çağırıb.

Maduro isə özünü legitim prezident sayır və deyir ki, ölkədə ABŞ-ın dəstəyi ilə hərbi çevirilişə cəhd edilir.

Milli Assambleyanın rəhbəri, "Moduronun rəqibi" Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ, Kanada və əksər Latın Amerikası ölkələri onun prezidentliyini tanıyıblar.

Rusiya,Çin,Türkiyə, İran, Kuba, Boliviya və Nikaraqua isə Maduronu dəstəkləyirlər.

Venesuelanın şəhərlərində kütləvi nümayişlər davam edir.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Michelle Bachelet toqquşmalar zamanı ölüm halları və həbslərin artmasından narahatlıq bildirib.

Məlumata görə, indiyədək baş verən toqquşmalarda 10-dan çox adam ölüb.

Bachelet Maduronu rəqibləri ilə danışıqlara getməyə çağırıb.///azadliq.org