ATƏT-in müşahidə missiyası mətbuat konfransı keçirdi - VİDEO

ATƏT-in müşahidə missiyası mətbuat konfransı keçirdi - VİDEO

10-03-2018 10:53 / Bu xəbər 2809 dəfə oxundu

Martın 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Bakıda mətbuat konfransı keçirib. 

Mətbuat konfransı aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı olub. Belə ki, sözügedən qurum seçkilərinin müşahidə missiyasına start verib.

Missiyaya başçılıq edən Korin Yorker çıxışı zamanı deyib ki, Bakıda 10 ekspertdən ibarət əsas heyət və ölkənin digər ərazilərində 20 uzunmüddətli müşahidəçi fəaliyyət göstərəcək. 

Seçki günü isə 280 qısamüddətli müşahidəçi komanda ölkədə fəaliyyətini davam etdirəcək. Müşahidə missiyasına qatılan ekspertlər və müşahidəçilər 19 ölkədən dəvət olunub. 

Konfransda media nümayəndələri suallar səsləndirsələr də, Yonker cavab verməkdən yayınıb. 

O, ölkədəki proseslərdən hələ ki xəbərdar olmadıqlarını bildirib. 

Müşahidə müddəti ərzində missiya müvafiq orqanların nümayəndələri, siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri, media və beynəlxalq icmaların təmsilçiləri ilə görüşəcək.