ATƏT-in baş katibi Azərbaycana gələcək

ATƏT-in baş katibi Azərbaycana gələcək

04-09-2018 19:20 / Bu xəbər 1967 dəfə oxundu

ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək.

Bu barədə Turana Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək: "Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.

Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq. Onun səfəri regional xarakter daşıyır.