“Artur Rasizadədən də bacarıqsızını tapdılar” - Arif Hacılı

“Artur Rasizadədən də bacarıqsızını tapdılar” - Arif Hacılı

21-04-2018 14:26 / Bu xəbər 3482 dəfə oxundu

Müsavat başqanı yeni Baş nazirin təsdiq olunmasına münasibət bildirib

"Belə görünür ki, Azərbaycan hakimiyyətinin cəmiyyətə sürpriz etmək imkanları hüdudsuzdur. Hətta bu hakimiyyətdə Artur Rəsizadədən daha zəif, daha təsirsiz və bacarıqsız vəzifə adamını təsəvvür etmək çətin idi. Amma tapdılar, Novruz Məmmədov".

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı "Facebook”da yazıb. 

"Novruz Məmmədov uzun illər heç bir səlahiyyəti olmayan yüksək vəzifə tutaraq Azərbaycanın xarici siyasət sahəsində fəaliyyət göstərib. Görünür, Novruz Məmmədovun Baş Nazir təyin olunmasında onun yüksək, amma səlahiyyətsiz vəzifə tutaraq heç bir iş görməmək təcrübəsi nəzərə alınıb”, - Müsavat başqanı bildirib. 

Milli Məclisin bu gün, aprelin 21-də keçirilən iclasında Prezidentin Xarici məsələlər üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri olması təsdiqlənib.

Arqument.Az