Arqument.az yenidən bloklandı

Arqument.az yenidən bloklandı

09-04-2019 01:39 / Bu xəbər 1774 dəfə oxundu

Arqument.az-a ölkədən giriş məhdudlaşdırıb. 

Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.  

Onun sözlərinə görə, proqramçılar sayta blok qoyulduğunu deyirlər: "Amma bizə məhkəmədən və Rabitə Nazirliyindən hər hansı bir bildiriş gəlməyib”.

Şəmşad Ağa saytın bloklanmasının konkret səbəbləri barədə dəqiq heç nə deyə bilməyəcəyini vurğulayıb.

Baş redaktor ehtimal edir ki, saytın bloklanması Cəlilabad rayonunda baş verən aksiya xəbəri ilə bağlıdır.