Arif Hacılı Dövlət Departamentinin hesabatını şərh edib

Arif Hacılı Dövlət Departamentinin hesabatını şərh edib

15-03-2019 00:19 / Bu xəbər 237 dəfə oxundu

ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. 

Hesabatda Azərbaycandakı repressiyalar əks olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı Departamentin hesabatını öz feysbuk səhifəsində şərh edib. 

"Dövlət Departamentinin insan haqları mövzusunda illik hesabatının 40 səhifəsi Azərbaycana həsr olunub. Bütün dünyanın diqqət mərkəzində olan bu sənəddə Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması: həbs yerlərində işgəncə halları, siyasi opponentlərin və inanclı kəsimin nümayəndələrinin təqib edilməsi, cəzaçəkmə yerlərində siyasi məhbuslarla pis rəftarla bağlı bağlı faktlar öz əksini tapıb. Hesabatda sərbəst toplaşma hüququnun, söz və ifadə azadlığının pozulması, bastainfo.com və başqa saytların bloklanması, jurnalistlərə qarşı təqiblər, Müsavat üzvləri Azad Həsənov, Əlikram Xurşudov, AXCP üzvləri Gözəl Bayramlı, Saleh Rüstəmov və başqalarının həbsi, vəkillər Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev Aqil Laıc və başqalarının öz peşə fəaliyyətindən kənarlaşdırılması barədə məlumatlar da yer alıb”, -Arif Hacılı yazıb. 

O bildirib ki, Azərbaycan hakimiyyəti acınacaqlı reallıqlar barədə düşünməlidir: "Azərbaycan hakimiyyəti belə hesabatlarda əks olunan həqiqətləri yüksək səslə təkzib etmək əvəzinə, ölkədə insan haqları sahəsindəki vəziyyəti qəbul edib həqiqi islahatlar aparmaq, acınacaqlı reallıqları dəyişdirmək barədə düşünməlidir".