Afrində strateji yüksəklik ələ keçirilib
23-01-2018 01:09 / Bu xəbər 2331 dəfə oxundu
Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.
APA-nın verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.
Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.
Yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.