Abşeron sakinləri: "İcra başçısı vətəndaşın 20 il yaşadığı evi uçurdu" - FOTOLAR

Abşeron sakinləri:

12-04-2019 15:03 / Bu xəbər 1087 dəfə oxundu

"Hətta gəlinin yeni gətirdiyi cehiz əşyalarını, divanı, qabları da qırıblar"

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq gnclərin yeni tikdikləri evin uçurulması barədə göstəriş verib.

Bu barədə "Az24saat"a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, evi uçuranlar hətta gəlinin yeni gətirdiyi cehiz əşyalarını, divanı, qabları da qırıblar.

1999-cu ildən həmin evdə yaşayan ailəyə evin sənədlərinin qanunsuz olması bildirilib: "Əslində, sənədlər də qaydasındadır. Lap deyək ki, evin sənədləri qanuni deyil, bu əsas vermir ki, evi dağıdasan. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər də. A kişi, ay qadın, ailə yazıqdır axı. Ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar”.

Sakinlər deyiblər ki, bu, icra başçısının göstərişi ilə edilən ilk hadisə deyil: "Nəzərə almalıdır ki, o, prezidentin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbədir", - sakinlər bildiriblər. 

Mövzu ilə bağlı İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.