ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub

ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub

20-08-2018 16:20 / Bu xəbər 2454 dəfə oxundu

"Detallar araşdırılır''

ABŞ-ın Ankaradakı Səfirliyinə Türkiyə saatı ilə 5:00 radələrində kimliyi bilinməyən şəxslər tərəfindən silahlı hücum edilib.

"Reuters” xəbər agentliyinin polis qaynaqlarından aldığı məlumatlara görə, Atatürk bulvarında dayanan avtomobildən səfirliyin binasının 6 nömrəli qapısındakı təhlükəsizlik xidmətinin olduğu kabinəyə atəş açıb.

Hadisə ilə bağlı Ankara valiliyindən verilən açıqlamada səfirliyin təhlükəsizlik bölməsi istiqamətində altı dəfə atəş edildiyi və ölüm faktının qeydə alınmadığı deyilib.

ABŞ Səfirliyinin sözçüsü David Gainer də hadisəni təsdiqləyərək "detalların araşdırıldığını” deyib.

Gainer "Türk polisinə cəld müdaxilələrinə görə təşəkkür edirik” deyib.

Səfirlik bayram səbəbi ilə bağlı olub.

Türkiyə ilə ABŞ arasında son zamanalar münasibətlər gərginləşib. Buna səbəblərdən biri kimi 2016-cl ildə amerikan keşiş Endrü Bransonun Türkiyədə həbsini də gödtərirlər. ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülə və DİN rəhbəri Süıeyman Soyluya qarşı sanksiyalar tətbiq edib və onları insan haqlarının ciddi şəkildə pozulmasında ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Türkiyədən ixrac olunan alüminium və polad məhsullarına müvafiq olaraq 20% və 50% rüsumu artırdı. Buna cavab olaraq rəsmi Ankara ABŞ-dan ixrac olunan 22 növ məhsula, o cümlədən tütün, alkoqol, avtomobil, kosmtika və digərlərinə olan rüsumu artırdı.